Elektron diplomlarla bağlı problem: Xaricdə apostil necə veriləcək?
Azərbaycanda elektron diplom və attestatların tətbiqi genişləndirilir. Sənədlər ölkə daxilində hüquqi qüvvəyə malik olsa da, onların xaricdə tanınması və apostillə təsdiqlənməsi zamanı müəyyən çətinliklər yaranır. Ekspertlər keçid dövründə fiziki sənəd və elektron apostil mexanizmlərinin paralel tətbiqini təklif edirlər.