Bakıda qətl: 27 yaşlı gənc bıçaqlanaraq öldürüldü
Bakının Bakıxanov qəsəbəsində 27 yaşlı Hikmət Quluzadə bıçaqlanaraq öldürülüb. Cinayəti törətməkdə şübhəli bilinən onun qardaşı Aqil Qulamzadə saxlanılıb.
Bakının Bakıxanov qəsəbəsində 27 yaşlı Hikmət Quluzadə bıçaqlanaraq öldürülüb. Cinayəti törətməkdə şübhəli bilinən onun qardaşı Aqil Qulamzadə saxlanılıb.
İsveçrənin bir sıra kantonlarında quraqlıq və kəskin istilər səbəbindən su istifadəsinə məhdudiyyətlər qoyulub. Bəzi ərazilərdə içməli su sisternlərlə daşınır, yüksək temperatur isə ekoloji problemlərə səbəb olur.
Bakı metrosunun “28 May-Nizami” sahəsində hərəkətin dayandırılması ilə əlaqədar 6 yeni ekspress avtobus marşrutu təşkil edilib. Bundan başqa, 20 müntəzəm marşruta 100-ə yaxın əlavə avtobus cəlb olunub.
Masallıda keçirilən əməliyyat zamanı 45 yaşlı Rəfail İsayev saxlanılıb. Onun avtomobilindən 9 kiloqram narkotik vasitə aşkarlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Hövsan qəsəbəsində mağazanın tavanı uçub. Hadisə zamanı xəsarət alan qadın xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq həkimlərə təhvil verilib.
Mərdəkan qəsəbəsinin Sergey Yesenin küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. 112, 140, 140E, 141, 144, 146, 182, 340 və 446 nömrəli avtobusların marşrutları dəyişdirilib.
Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının hərəkətinin yeni tədris ili başlayana qədər bərpa edilməsi planlaşdırılır. Hazırda yol infrastrukturuna baxış və qatarların texniki hazırlığı aparılır.
Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb. 39 735 nəfərdən daxil olan 150 354 müraciət nəticəsində 24 161 nəfər müsabiqədən keçib. Qəbul olunanlar avqustun 25-i saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
Müddətli həqiqi hərbi xidmətə çağırılan və “B”, “Ç”, “C” və “D” kateqoriyaları üzrə rəy verilən şəxslər yekun tibbi müayinəyə cəlb edilirlər. Müayinələr Tibbi Qiymətləndirmə Mərkəzində elektron növbə əsasında həyata keçirilir.
“Global Media Group”un əməkdaşı, “Global Management” MMC-nin sistem administratoru Elvin Soldatov vəfat edib.
Samuxun Alıuşağı kəndində ət və süd məhsullarının daşınmasına nəzarət məqsədilə post yaradılıb. Ərazidən keçən avtomobillər dezinfeksiya edilir, iri təsərrüfatlarda isə dezinfeksiya baryerləri quraşdırılıb.
2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də başlayıb. Tam tutulma bir sıra Avropa və şimal ərazilərindən müşahidə ediləcək, lakin Azərbaycandan görünməyəcək.