Kamerun Prezidenti iki aydan çoxdur ölkədən kənardadır
Xeberhub.com xəbər verir ki, 93 yaşlı Kamerun Prezidenti Pol Biya iyunun 7-dən etibarən ölkə xaricindədir və iki aydan çoxdur ictimaiyyət qarşısında görünmür.
Məlumata görə, Biya iyunun 7-də Avropaya qısamüddətli şəxsi səfər edəcəyini açıqlayaraq Kamerunu tərk edib. Lakin səfər gözlənildiyindən uzun çəkib.
Associated Press-in yaydığı məlumata əsasən, prezidentin bu müddət ərzində ölkədə olmaması müxalifətin narahatlığına səbəb olub. Müxalifət nümayəndələri uzunmüddətli yoxluğun ölkədə hakimiyyət boşluğu yaratdığını və dövlət idarəçiliyinin faktiki olaraq avtomatik şəkildə davam etdiyini iddia edirlər.
Pol Biya 1982-ci ildən Kamerunun prezidentidir və hazırda dünyanın ən yaşlı dövlət başçısı hesab olunur.