Avqustun 12-də Yer kürəsində geomaqnit qasırğası gözlənilir
Avqustun 12-də Yer kürəsində G1 səviyyəli geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Günəşdə aktivlik Bakı vaxtı ilə saat 10:00-dan 13:00-dək, təxminən üç saat ərzində müşahidə olunacaq. Bundan sonra geomaqnit təsirlərin tədricən zəifləyəcəyi gözlənilir.
Məlumata görə, avqustun 13-də maqnit qasırğasının və geomaqnit dalğalanmalarının baş vermə ehtimalı 55 faiz təşkil edir.
Qeyd edək ki, daha əvvəl 2026-cı il avqustun 10-dan 16-dək olan dövr üçün maqnit qasırğası ilə bağlı proqnoz açıqlanmışdı.
Mütəxəssislərin bildirdiyinə görə, Günəşdə hazırda sakitlik mərhələsi müşahidə olunur. Alimlər cari həftə ərzində maqnit qasırğalarının qeydə alınmayacağını proqnozlaşdırırdılar.