Bakıda qətl hadisəsi baş verib.
Xeberhub.com xəbər verir ki, hadisə ötən gün saat 23 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
1999-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı, 1995-ci il təvəllüdlü Aqil Qulamzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.