SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İdman

“Fənərbağça” avtobusuna hücum: 11 il sonra 5 şübhəliyə qarşı əməliyyat

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
“Fənərbağça” avtobusuna hücum: 11 il sonra 5 şübhəliyə qarşı əməliyyat

“Fənərbağça” avtobusuna hücumla bağlı 11 il sonra yeni əməliyyat keçirildi

2015-ci ildə Türkiyənin Trabzon şəhəri ərazisində “Fənərbağça” futbol klubunun avtobusuna təşkil olunan silahlı hücumla bağlı istintaq yenidən genişləndirilib.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek “X” hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, Trabzon Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində əldə edilən yeni dəlil və faktlar əsasında beş şübhəli şəxsə qarşı əməliyyat keçirilib.

Əməliyyat Trabzon Vilayət Polis İdarəsi tərəfindən səhər saatlarında həyata keçirilib. Şübhəlilərin yaşadığı ünvanlarda axtarış və müsadirə tədbirləri aparılıb, həmçinin digər zəruri hüquqi prosedurlara başlanılıb.

Akın Gürlek bildirib ki, istintaqın əsas məqsədi 11 il əvvəl “Fənərbağça” avtobusuna qarşı törədilən silahlı hücumun arxasında dayanan şəxs və ya şəxsləri maddi sübutlarla müəyyən etməkdir.

A

Oxşar Xəbərlər