Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı 13 nəfərə çatdı
Yaponiyada baş verən 7,1 maqnitudalı zəlzələ nəticəsində azı 13 nəfər ölüb, onlarla insan yaralanıb. Təbii fəlakət nəticəsində minlərlə evdə elektrik, su və qaz təchizatı pozulub.
Yaponiyada baş verən 7,1 maqnitudalı zəlzələ nəticəsində azı 13 nəfər ölüb, onlarla insan yaralanıb. Təbii fəlakət nəticəsində minlərlə evdə elektrik, su və qaz təchizatı pozulub.
NBC News-un məlumatına görə, ABŞ-nin Sietl şəhərində yerləşən "Seattle Center" kompleksində baş verən silahlı insident nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
Çinin Quandun əyalətində "Honqsya" ("Noul") tayfunu səbəbindən 710 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. Güclü yağışların davam edəcəyi proqnozlaşdırılır.
Elbrus dağında çətin vəziyyətdə qalan Bosniya və Herseqovina vətəndaşı olan yeddi alpinistdən beşi ölüb, iki nəfər isə xilas edilərək xəstəxanaya yerləşdirilib.
Cənubi Çin dənizində batan Vyetnam gəmisinin 39 heyət üzvü xilas edilib. Daha 23 nəfərin axtarışları davam edir.
İlon Mask X hesabında özünü keçmiş trilyonçu adlandırıb. Bloombergə görə, onun sərvəti hazırda 719 milyard dollara qədər azalıb.
" Mash"ın məlumatına görə, İqor Krutoyun Mayamidə yerləşən milyonlarla dollar dəyərində mənzilinə dələduzluq iddiaları fonunda həbs qoyulub. Əmlak üzərində sərəncam hüququ məhdudlaşdırılıb.
İspaniyada meşə yanğınları genişlənməkdə davam edir. "The Guardian"ın məlumatına görə, təxliyə olunanların sayı 70 mini keçib, son sutkada isə daha 25 min nəfər təhlükəsiz ərazilərə köçürülüb.
Almaniyanın Qanderkese şəhərində yüngülmühərrikli təyyarə yaşayış binasının damına çırpılıb. Hadisə nəticəsində azı bir nəfər ölüb, daha bir şəxsin axtarışları davam edir.
Oksford Universitetinin hazırladığı yeni Ebola peyvəndi ilk dəfə insan üzərində sınaqdan keçirilib. Bundibugyo ştamına qarşı hazırlanan preparatın təhlükəsizliyi 50 könüllünün iştirakı ilə qiymətləndiriləcək.
Suriyada iki sərnişin avtobusunun iştirakı ilə baş verən ağır qəzada azı 35 nəfər ölüb, 30 nəfər yaralanıb. Yaralıların təxliyəsi üçün hadisə yerinə hərbi helikopterlər cəlb olunub.
İstanbulun Eyüpsultan rayonunda sərnişin avtobusu sürüşkən yolda qəzaya uğrayıb. Hadisə nəticəsində azı 30 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Həmin gecə Kırıkkaledə baş verən başqa avtobus qəzasında isə 40 nəfər yaralanıb.