Tramp: İrana qarşı hərbi əməliyyat tezliklə başa çatacaq
Donald Tramp İrana qarşı hərbi əməliyyatların yaxın vaxtlarda başa çata biləcəyini bildirib və müharibənin bitməsinin neft qiymətlərinə də müsbət təsir göstərəcəyini vurğulayıb.
Donald Tramp İrana qarşı hərbi əməliyyatların yaxın vaxtlarda başa çata biləcəyini bildirib və müharibənin bitməsinin neft qiymətlərinə də müsbət təsir göstərəcəyini vurğulayıb.
"Al Hadath" telekanalı İraqda fəaliyyət göstərən bəzi silahlı qruplaşmaların yaxın 48 saat ərzində PUA-larla qonşu ölkələrə hücum edə biləcəyi barədə iddia irəli sürüb.
Novorossiya magistralında yük maşınlarına dron hücumlarını əks etdirən görüntülər yayılıb. Kadrların Krıma aparan quru dəhlizi üzərində qeydə alındığı bildirilir.
SEPAH-ın Hörmüz boğazı istiqamətində keçirdiyi əməliyyat zamanı Keşm adasında iki partlayış baş verib. Əməliyyatın nəticələrinin yaxın saatlarda açıqlanacağı bildirilib.
Donald Tramp müdafiə naziri Pit Haqsetdən raket çatışmazlığı ilə bağlı izahat tələb etdiyi barədə iddiaları təkzib edib və onun fəaliyyətini yüksək qiymətləndirib.
Ceyhun Bayramov Prezident Volodimir Zelenski ilə keçirdiyi görüşdən sonra Azərbaycan-Ukrayna strateji tərəfdaşlığı, regional məsələlər və humanitar əməkdaşlıqla bağlı müzakirələrin aparıldığını açıqlayıb.
Ceyhun Bayramovun ardıcıl olaraq Moskva və Kiyevə etdiyi rəsmi səfərlər Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunu bir daha nümayiş etdirib. Hər iki paytaxtda siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat layihələri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Deputat Mehriban Vəliyeva bildirib ki, uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu sahədə qəbul edilən hüquqi mexanizmlər azyaşlıların hüquqlarının qorunmasına xidmət edir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynada həmkarı Andrey Sibiqa ilə görüşüb. Tərəflər siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib, görüşün sonunda birgə mətbuat konfransı keçiriblər.
Siyasi şərhçi Züriyə Qarayeva Rusiyanın Finlandiya və Norveç sərhədləri yaxınlığında hərbi infrastrukturunu genişləndirməsini NATO-nun genişlənməsinə cavab və uzunmüddətli strateji planın tərkib hissəsi kimi qiymətləndirib.
Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Atada mətbuata bəyanatlarla çıxış ediblər. Liderlər müttəfiqlik münasibətlərinin rəsmiləşdirildiyini, iqtisadi əməkdaşlığın genişləndirildiyini və bir sıra yeni layihələr üzrə razılıqlar əldə olunduğunu bildiriblər.
Çolpon-Atada Prezident İlham Əliyev və Prezident Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi də daxil olmaqla iqtisadiyyat, energetika, nəqliyyat, kibertəhlükəsizlik və digər sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb və mübadilə edilib.