Avqustun 22-si saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Xeberhub.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Avqustun 21-də şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Culfada 19, Şahbuzda isə 16 m/s-yə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan Muxtar Respublikasında 34, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 24 dərəcəyədək isti olub.