SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Praqnoz

Bakıda və bölgələrdə küləklə bağlı sarı xəbərdarlıq

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Bakıda və bölgələrdə küləklə bağlı sarı xəbərdarlıq

Bakıda və bölgələrdə küləklə bağlı sarı xəbərdarlıq verildi

Avqustun 15-də Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bir sıra rayonlarında küləkli hava şəraiti gözlənilir.

Xeberhub.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Naxçıvan Muxtar Respublikası, Cəbrayıl, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Naftalan, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarda isə şərq küləyinin əsəcəyi gözlənilir.

Həmin ərazilərdə küləyin sürətinin saniyədə 13,9-20,7 metr təşkil edəcəyi proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar qeyd olunan ərazilər üzrə sarı xəbərdarlıq verilib.

A

Oxşar Xəbərlər