SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Digər

Bakı metrosunda problem: 6 yeni ekspress avtobus xətti yaradıldı

👤 📅 👁 37 baxış ⏱ 2 dəq oxuma
Bakı metrosunda problem: 6 yeni ekspress avtobus xətti yaradıldı

Bakı metrosunda hərəkətin dayanması ilə bağlı 6 yeni ekspress marşrut xətti yaradılıb

Bakı metrosunun “28 May-Nizami” sahəsində hərəkətin dayandırılması ilə əlaqədar sərnişinlərin daşınması üçün 6 yeni ekspress avtobus marşrutu fəaliyyətə başlayıb.

Xeberhub.com xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 28 May Nəqliyyat Mübadilə Mərkəzində M1, M2 və M3 nömrəli üç ekspress marşrut xətti fəaliyyət göstərir.

M1 marşrutu “İnşaatçılar” metrostansiyasını 28 May Nəqliyyat Mübadilə Mərkəzi ilə, M3 marşrutu isə “20 Yanvar” metrostansiyasını həmin mərkəzlə əlaqələndirir. Hər iki marşrut üzrə avtobuslar “Nizami” metrostansiyasının qarşısında da dayanır. Sərnişinlər həmin ərazidə avtobuslara minib düşə bilərlər.

AYNA rəsmisi bildirib ki, əlavə olaraq M4, M5 və M6 nömrəli ekspress marşrutlar da təşkil edilib. M4 “20 Yanvar” metrostansiyasından “Koroğlu”ya, M5 “20 Yanvar”dan “Gənclik” metrostansiyasına, M6 isə “Elmlər Akademiyası” metrostansiyasından “Gənclik” metrostansiyasına hərəkət edir.

Tural Orucovun sözlərinə görə, mövcud 20 müntəzəm avtobus marşrutuna da əlavə nəqliyyat vasitələri cəlb olunub. Ümumilikdə 100-ə yaxın əlavə avtobusun xəttə buraxılması nəzərdə tutulub.

Vətəndaşların istiqamət seçiminə kömək göstərmək məqsədilə nəqliyyat könüllüləri də fəaliyyətə başlayıb. Könüllülər “20 Yanvar”, “28 May”, “Elmlər Akademiyası” və “İnşaatçılar” metrostansiyalarının qarşısında sərnişinlərə məlumat verirlər.

AYNA rəsmisi vətəndaşlara səfərlərini əvvəlcədən planlaşdırmağı və ekspress marşrutların imkanlarından düzgün istifadə etməyi tövsiyə edib.

A

Oxşar Xəbərlər