SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Mədəniyyət

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Laçında dəfn edildi

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Laçında dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyənləşdirilmiş Cümşüd Həsənxan oğlu Məmmədov Laçın şəhərində dəfn olunub.

Xeberhub.com xəbər verir ki, dəfn mərasimi Laçın şəhəri Şəhidlər xiyabanında keçirilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri və əməkdaşlar iştirak ediblər.

Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. O, ailəli olub, lakin övladı olmayıb.

Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb.

A

Oxşar Xəbərlər