Salyanda avtomobil piyadanı vuraraq öldürüb.
Xeberhub.com xəbər verir ki, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən rayonun Yolüstü kənd sakini, 1994-cü il təvəllüdlü Sahil Zəfər oğlu Əsgərovu vurub.
Hadisə nəticəsində ağır xəsarət alan Sahil Əsgərov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.