Co Baydenin səhhəti pisləşib: Xərçəng sümüklərinə yayılıb
ABŞ-nin sabiq prezidenti Co Baydenin prostat xərçəngi ilə bağlı səhhətində mənfi dinamika müşahidə olunur.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın məlumatına görə, bu barədə onun oğlu Hanter Bayden açıqlama verib.
Hanter Bayden bildirib ki, atasının xəstəliyi sümüklərinə yayılıb və metastaz prosesi digər nahiyələrə də keçib.
"Xərçəng sümüklərinə yayılıb və daha da kənara metastaz verib. Bu, çox ağrılıdır və onu bir çox cəhətdən daha pis hiss etdirir", - deyə o qeyd edib.