Mingəçevirdə “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçirilib
Bu gün Mingəçevirdə Kür çayının sahilində “Kürü keçək?! 5” açıq suda üzmə yarışı təşkil olunub.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.
Sağlam həyat tərzinin təbliği, su idman növlərinin daha geniş yayılması və inkişaf etdirilməsi məqsədi daşıyan yarış Mingəçevirdə artıq beşinci dəfədir təşkil olunur.
Yarışda 12 yaşdan 75 yaşadək üzgüçülər iştirak ediblər. Bu il ilk dəfə olaraq iştirakçılar iki məsafə üzrə – 350 və 1000 metr məsafələrdə mübarizə aparıblar. Üzgüçülər qadın və kişilər arasında müxtəlif yaş kateqoriyaları üzrə yarışıb.
Gərgin mübarizə şəraitində keçən yarışda 350 metr məsafə üzrə qaliblər aşağıdakılar olub:
12-17 yaş, qızlar:
Aleksandra Slepenko
12-17 yaş, oğlanlar:
Yusif Sofiyev
18-23 yaş, qızlar:
Gülarə Nəzərova
18-23 yaş, oğlanlar:
Matsvey Danilau
24-35 yaş, qızlar:
Tubu Abdulzade
24-35 yaş, oğlanlar:
Hüseyn İsmayıllı
36-55 yaş, qadınlar:
Yelena Dubentsova
36-55 yaş, kişilər:
Roman Vladıka
56-70 yaş, qadınlar:
Natalya Baykova
56-70 yaş, kişilər:
Pyotr Kuvşinov
71 yaşdan yuxarı, kişilər:
Vaqif Nəsibov
1000 metr məsafə üzrə qaliblər isə belə sıralanıb:
12-17 yaş, qızlar:
Məryam Cavadova
12-17 yaş, oğlanlar:
Fərhad Şirməmmədli
18-23 yaş, qızlar:
Alisa Belaya
18-23 yaş, oğlanlar:
Səid Həmidov
24-35 yaş, qızlar:
Fatimə Alkərəmova
24-35 yaş, oğlanlar:
Zaur Arkaniya
36-55 yaş, qadınlar:
Natalya Mordasova
36-55 yaş, kişilər:
Roman Qalavatskiy
56-70 yaş, qadınlar:
Olena Timçenko
56-70 yaş, kişilər:
Anatoliy Baykov
Yarışın qaliblərinə mükafatları Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və digər rəsmilər təqdim ediblər.