Darvin Nunyes üçün yeni ünvan: Türkiyə klubu ilə razılıq əldə olundu
Xeberhub.com xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən uruqvaylı hücumçu Darvin Nunyes karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Trabzonspor” 27 yaşlı futbolçu ilə danışıqları müsbət nəticələndirib və tərəflər arasında prinsipial razılıq əldə olunub.
Daha əvvəl Nunyeslə İtaliyanın iki klubunun maraqlandığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, İngiltərənin “Nyukasl Yunayted” və “Çelsi” komandalarının da uruqvaylı hücumçunun transferini nəzərdən keçirdiyi bildirilirdi.
Darvin Nunyes ötən mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 9 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Trabzonspor” daha əvvəl misirli ulduz futbolçu Məhəmməd Salah ilə də ikiillik müqavilə imzalayıb. Razılaşmaya əsasən, Salah hər mövsüm 17 milyon avro qazanacaq. Bu məbləğin 10 milyon avrosu zəmanətli əməkhaqqı, 7 milyon avrosu isə imza bonusudur.