SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Yanğın

Dörd rayonda yanğın törədən şəxslər müəyyən edildi

👤 📅 👁 9 baxış ⏱ 1 dəq oxuma
Dörd rayonda yanğın törədən şəxslər müəyyən edildi

Dörd rayonda yanğın törədən şəxslər müəyyən edildi

Cəlilabad, Goranboy, Oğuz və İsmayıllı rayonlarında yanğın hadisələri törətdikləri bildirilən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Xeberhub.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmalar zamanı Cəlilabad rayonunun Maşlıq kəndində F.Zeynalovun, Goranboy rayonunun Düzqışlaq kəndində Ə.Əliyevin, Oğuz rayonunun Yaqublu kəndində A.Ağayevin, İsmayıllı rayonunun Qəzli kəndində isə M.Şükürovun yanğın hadisələrini törətdikləri müəyyən olunub.

Hadisələr nəticəsində ümumilikdə 9 hektara yaxın ərazidə biçilmiş əkin sahələri və kol-kos sahələri yanıb.

Faktlarla bağlı həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

A

Oxşar Xəbərlər