SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Qəza

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama verdi

👤 📅 👁 12 baxış ⏱ 2 dəq oxuma
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama verdi

Emin Ağalarov “Sea Breeze”də baş verən hadisə ilə bağlı açıqlama yayıb

İş adamı Emin Ağalarov “Sea Breeze”də baş verən hadisə ilə bağlı açıqlama verib.

Xeberhub.com xəbər verir ki, Emin Ağalarov şəxsi sosial media hesabında paylaşım edərək hadisə ilə bağlı ailəyə başsağlığı verib və araşdırmanın davam etdiyini bildirib.

O qeyd edib ki, hadisənin bütün detalları, o cümlədən uşağın su nasoslarının işlədiyi və hasarlarla əhatələnmiş hovuzun texniki zonasına necə düşdüyü araşdırılır. Ağalarov istintaqın aparılmasına “Sea Breeze” tərəfindən hərtərəfli dəstək göstərildiyini vurğulayıb.

İş adamı bildirib ki, uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün əsas prioritetlərdən biridir. Onun sözlərinə görə, kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən yoxlanılır.

Ağalarovun sözlərinə görə, akvapark artıq üçüncü mövsüm fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.

O əlavə edib ki, baş verən hadisədən sonra bütün təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçiriləcək və əlavə tədbirlər görüləcək.

Emin Ağalarov sonda “Sea Breeze” komandası ilə birlikdə ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəklərini bildirib.

A

Oxşar Xəbərlər