SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İdman

Kadi Borges Azərbaycan klublarının Konfrans Liqasındakı ən yaxşı bombardiri oldu

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Kadi Borges Azərbaycan klublarının Konfrans Liqasındakı ən yaxşı bombardiri oldu

"Qarabağ"ın futbolçusu Kadi Borges UEFA Konfrans Liqasında Azərbaycan klublarının ən yaxşı bombardiri olub.

XeberHub.com xəbər verir ki, Oxu.Az-ın Peşəkar Futbol Liqasına istinadən yaydığı məlumata görə, braziliyalı yarımmüdafiəçi turnirdə 6-cı qolunu vuraraq bu göstəriciyə nail olub.

Kadi Borges UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə Niderlandda keçirilən qarşılaşmada (1:0) "Qarabağ"a qələbə qazandıran qola imza atıb.

Bununla da 30 yaşlı futbolçunun "Qarabağ"ın heyətində UEFA Konfrans Liqasında keçirdiyi 17 matçda vurduğu qolların sayı 6-ya çatıb.

Borges əvvəlki 5 qolunu 2021/2022 mövsümündə vurub. Həmin vaxt o, III təsnifat mərhələsində Kiprin "AEL" klubuna, pley-offda Şotlandiyanın "Aberdin" komandasına, qrup mərhələsində Kiprin "Omoniya" klubuna 2, pley-offda isə Fransanın "Marsel" komandasına 1 qol vurub.

Bundan əvvəl Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına üç futbolçu şərik idi. Kadi Borgesdən başqa "Sabah"ın futbolçusu Coy-Lens Mikels və "Qəbələ" və "Zirə"nin heyətində çıxış etmiş Rafael Utziq turnirdə 5 qol vurmuşdular.

Qeyd edək ki, Kadi Borges "Qarabağ"ın heyətində avrokuboklarda ümumilikdə 11-ci qolunu vurub.

A

Oxşar Xəbərlər