SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Yanğın

Laçında yaşayış evlərinin yaxınlığında yanğın söndürüldü

👤 📅 👁 10 baxış ⏱ 1 dəq oxuma
Laçında yaşayış evlərinin yaxınlığında yanğın söndürüldü

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib

Laçın şəhərində yaşayış evlərinin yaxınlığında baş verən yanğın operativ müdaxilə nəticəsində söndürülüb.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, hadisə şəhərin Qorxmaz Eyvazov küçəsində qeydə alınıb.

Məlumata əsasən, kolluq və quru otların alovlanması qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə yerinə Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə avtomobili və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yaşayış evlərinə keçməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

İlkin məlumata görə, hadisə nəticəsində təxminən 200 kvadratmetr sahədə kolluq və quru ot örtüyü yanaraq məhv olub.

A

Oxşar Xəbərlər