SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Dünya

Reyn çayında su azaldı: Fransada yanacaq problemi yarandı

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
Reyn çayında su azaldı: Fransada yanacaq problemi yarandı

Quraqlıq Fransada yanacaq tədarükündə problemlər yaradıb

Avropada hökm sürən quraqlıq Reyn çayında suyun səviyyəsinin azalmasına səbəb olub. Bu isə Fransanın şərqində yanacaqdoldurma məntəqələrinin yanacaqla təminatında çətinliklər yaradıb.

Xeberhub.com xəbər verir ki, bu barədə Oxu.Az “Figaro” qəzetinə istinadən məlumat yayıb.

Məlumata görə, Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi yük gəmilərinin Strasburq limanına çatmasını çətinləşdirib. Nəticədə çay yolu ilə yanacaq daşınmasında problemlər yaranıb.

Bu vəziyyət Fransanın şərqində yerləşən bir sıra yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığına gətirib çıxarıb.

Avqustun 14-nə olan məlumatlara əsasən, regiondakı yanacaqdoldurma məntəqələrinin 14 faizində ən azı bir növ yanacağın tədarükü ilə bağlı problem yaranıb.

Bəzi ərazilərdə isə yanacaq tədarükündə çətinliklə üzləşən məntəqələrin payı 50 faizə çatıb. Problemin xüsusilə Yuxarı Reyn və Belfor ərazilərində daha ciddi olduğu bildirilir.

A

Oxşar Xəbərlər