SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Britaniya universitetləri maliyyə böhranı ilə üzləşib

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Britaniya universitetləri maliyyə böhranı ilə üzləşib

Britaniyada xarici tələbələrin azalması universitetləri maliyyə böhranı ilə üz-üzə qoyub

Britaniyada xarici tələbələrin sayının azalması ölkənin ali təhsil müəssisələrinin maliyyə vəziyyətinə ciddi təsir göstərməyə başlayıb.

Xeberhub.com xəbər verir ki, bu barədə Oxu.Az “The Guardian” qəzetinə istinadən məlumat yayıb.

Universitet rəhbərləri xarici tələbələrin sayındakı kəskin azalma ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bildirilir ki, bu tendensiyanın davam etməsi ali təhsil sektorunu mühüm gəlir mənbələrindən məhrum edə və universitetlərin gələcəyini risk altına sala bilər.

Britaniya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iyulun sonuna qədər tələbə vizası üçün müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb.

Tələbə vizalarına müraciətlərin əsas hissəsinin payızda yeni tədris ilinin başlanmasından əvvəl edildiyi nəzərə alınaraq, bu göstəricinin ölkənin universitetləri üçün ciddi maliyyə itkilərinə səbəb ola biləcəyi bildirilir.

Bəzi ekspertlər isə xarici tələbələrin sayında azalmanın 30 faizə qədər çata biləcəyindən ehtiyat edirlər.

Bununla əlaqədar ali təhsil sektorunun nümayəndələri hökuməti təhsil haqqına tətbiq olunan vergini ləğv etməyə çağırıblar.

A

Oxşar Xəbərlər