Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri vəzifəsindən geri çağırıldı
Xeberhub.com xəbər verir ki, Prezident İlham Əliyev Vaqif İsmayıl oğlu Sadıqovun diplomatik vəzifələrdən geri çağırılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Vaqif Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.
Digər sərəncamla Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.