“Dinamo Kiyev”in baş məşqçisi “Qarabağ”ın müdafiəsini xüsusi qeyd etdi
Xeberhub.com xəbər verir ki, Ukrayna Premyer Liqasının 2-ci turunda “Veres” üzərində 2:1 hesablı qələbə qazanan “Dinamo Kiyev”in baş məşqçisi İqor Kostyuk komandasının qarşılaşdığı çətinliklər və qarşıdakı oyunlar barədə danışıb.
Oxu.Az xəbər verir ki, mütəxəssisin açıqlamaları Kiyev klubunun rəsmi saytında yayımlanıb.
Mətbuatda “Dinamo Kiyev”in hücum xəttinin zəif olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Kostyuk komandanın əsas probleminin qol imkanlarından yetərincə yararlana bilməməsi olduğunu söyləyib.
Baş məşqçi son oyunlarda müdafiədə inamlı çıxış edən rəqiblərlə qarşılaşdıqlarını vurğulayıb. O, xüsusilə PAOK və “Qarabağ”ın müdafiədə diqqətli və aktiv oyun nümayiş etdirdiyini qeyd edib.
Kostyuk bildirib ki, komanda çoxsaylı hücum kombinasiyaları qurur və qol imkanları yaradır, lakin həmin epizodlar hesabda öz əksini tapmır.
Mütəxəssis sıx oyun qrafikinin futbolçulara təsirindən də danışıb. Onun sözlərinə görə, “Veres”lə matçda heyətdə ciddi rotasiya həyata keçirilib və “Qarabağ”la görüşdə az oynayan futbolçulara şans verilib.
Kostyuk həmin futbolçuların özlərini yaxşı tərəfdən göstərdiklərini, lakin qarşılaşma zamanı lazımsız top itkilərinin də baş verdiyini bildirib.
Qeyd edək ki, “Veres”lə görüş “Dinamo Kiyev” üçün 2026/27 mövsümündə Ukrayna Premyer Liqasındakı ilk oyun olub. Kiyev təmsilçisini növbəti mərhələdə Bakıda “Qarabağ”a qarşı UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşü gözləyir.