SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Azərbaycan

Xocavənddə buldozer minaya düşdü – xəsarət alan yoxdur

👤 📅 👁 12 baxış ⏱ 1 dəq oxuma
Xocavənddə buldozer minaya düşdü – xəsarət alan yoxdur

Xeberhub.com xəbər verir ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində mina partlayışı baş verib.

Hadisə avqustun 7-də qeydə alınıb. Məlumata görə, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasov minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozerlə hərəkətdə olarkən nəqliyyat vasitəsi minaya düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Oxu.Az-ın məlumatına əsasən, hadisə ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara mina təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri barədə xəbərdarlıq edib. Qurumlar mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına diqqət yetirməyi, şübhəli əşyalara toxunmamağı, tanınmayan ərazilərə daxil olmamağı və çəpərləmə işləri aparılan sahələrə müdaxilə etməməyi tövsiyə ediblər.

A

Oxşar Xəbərlər