İordan çayının qərb sahilində 70 nəfər saxlanıldı
SAXAL-ın məlumatına görə, İordan çayının qərb sahilində keçirilən reydlər zamanı terror fəaliyyətində şübhəli bilinən 70 nəfər saxlanılıb. Əməliyyatlar çərçivəsində yüzlərlə ünvanda axtarış aparılıb.
SAXAL-ın məlumatına görə, İordan çayının qərb sahilində keçirilən reydlər zamanı terror fəaliyyətində şübhəli bilinən 70 nəfər saxlanılıb. Əməliyyatlar çərçivəsində yüzlərlə ünvanda axtarış aparılıb.
İran və Ermənistan enerji əməkdaşlığının genişləndirilməsi barədə razılığa gəlib. Tərəflər qaz ticarətinin artırılması və Ermənistan vasitəsilə regional bazarlara ixrac imkanlarının inkişafı üçün birgə işçi qrupu yaradacaqlar.
Hindistanda imtahan qalmaqalına görə keçirilən etiraz aksiyalarının dayandırılması barədə hökumətlə razılıq əldə olunub. Hökumət etirazçılara qarşı cəza tətbiq edilməyəcəyini, zərərçəkən ailələrə isə kompensasiya veriləcəyini açıqlayıb.
RTBF-nin məlumatına görə, Belçikada NATO-nun SHAPE qərargahında çalışan çinəsilli Kanada vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb. Faktla bağlı cinayət işi açılıb və istintaq davam edir.
Al Jazeera-nın Yemen TV-yə istinadən yaydığı məlumata görə, Yəmənin Marib və Əl-Cövf əyalətlərində husilərə məxsus hərbi obyektlər hava zərbələri ilə vurulub. Hücumlarda silah anbarlarının və raket qurğularının məhv edildiyi iddia olunur.
Reuters-in məlumatına görə, husilər tərəfindən Yanbudakı neft emalı müəssisələrinə doğru buraxılan iki ballistik raket Yunanıstan hərbçilərinin xidmət göstərdiyi hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.
Rusiya mediasının məlumatına görə, Zaporojye vilayətinin Kirillovka qəsəbəsində turist bazasına endirilən hava zərbələri nəticəsində ölənlərin sayı 11-ə çatıb. Ölənlər arasında dörd uşaq olduğu bildirilir.
İran hökuməti Prezident Məsud Pezeşkianın çıxışının efirdə ixtisar edilməsinə görə dövlət televiziyasına xəbərdarlıq edib. Hökumət sözçüsü Fatimə Mühacirani ictimai medianın bütün mövqeləri əks etdirməli olduğunu vurğulayıb.
Volodimir Zelenski Ukraynanın Xəzər dənizindəki Rusiya gəmilərinə və Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə uzaq məsafədən zərbələr endirdiyini açıqlayıb. Ukrayna Təhlükəsizlik Xidməti hücumlar zamanı bir sıra hərbi texnikanın və infrastrukturun məhv edildiyini bildirib.
Qardabani-Tbilisi dəmiryolu xəttində yaranan elektrik problemi Bakı-Tbilisi qatarının 2 saat 30 dəqiqə gecikməsinə səbəb olub. ADY qatarların qrafikində dəyişiklik edilməyəcəyini açıqlayıb.
Gürcüstanda ardıcıl iki gün yaşanan kütləvi elektrik kəsintisi ilə bağlı DTX təxribat maddəsi ilə cinayət işi açıb. Rəsmi məlumata görə, qəzanın əsas səbəbi 500 kilovoltluq "İmereti" elektrik xəttində baş verən nasazlıq olub. Hazırda ölkədə enerji təchizatı tam bərpa edilib.
CNN-in məlumatına görə, Pentaqonun hərbi itkilərlə bağlı rəsmi sistemində statistik uyğunsuzluq yaranıb. Demokrat senatorlar müdafiə naziri Pit Heqsetdən məsələ ilə bağlı izahat tələb ediblər. Pentaqon isə bunun texniki problemlə əlaqədar olduğunu açıqlayıb.