Rumıniya F-16 qırıcısı hava məkanına daxil olan PUA-nı vurdu
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı ölkənin hava məkanına daxil olan PUA-nı vurub. Hadisə yaşayış olmayan ərazidə baş verib və araşdırma davam etdirilir.
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı ölkənin hava məkanına daxil olan PUA-nı vurub. Hadisə yaşayış olmayan ərazidə baş verib və araşdırma davam etdirilir.
Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Aslanov Türkiyədə Azərbaycanın yeni səfiri təyin olunub. O, bundan əvvəl İtaliya, Malta, San-Marino və BMT-nin bir sıra qurumları yanında ölkəmizi təmsil edirdi.
ABŞ-nin raket zərbəsi nəticəsində İranın Gilan əyalətində yerləşən SEPAH-ın hərbi-dəniz bazasının bir hissəsinə ziyan dəyib. İlkin məlumata əsasən, hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Bakının Səbail rayonunda yerləşən çimərlikdə vətəndaşın çantası oğurlanıb. Polis hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb. İstintaq tədbirləri davam etdirilir.
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib. Partlayışlar paytaxtın müxtəlif ərazilərində eşidilib. Şəhər meri Vitali Kliçko sakinləri sığınacaqlarda qalmağa çağırıb.
İpoteka və Kredit Zəmanət Fondu indiyədək MİDA-nın 5 442 mənzilinin satışı üçün 275,8 milyon manat güzəştli ipoteka krediti ayırıb. Hər il bu məqsədlə dövlət büdcəsindən 85 milyon manat vəsait ayrılır.
Rumıniya sahilləri yaxınlığında ABŞ-dən Ukraynaya kömür daşıyan "Christiana B" yük gəmisində partlayış baş verib. İlkin ehtimallara görə, hadisəyə dəniz minası və ya PUA hücumu səbəb olub. Yaralanan yoxdur.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Rəşad Aslanov İtaliya, Malta və San Marinodakı səfir, eləcə də bir sıra beynəlxalq təşkilatlar yanında daimi nümayəndə vəzifələrindən geri çağırılıb. O, Azərbaycanın Türkiyədəki yeni səfiri təyin edilib.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Rəşad Məmmədov Türkiyədəki səfir vəzifəsindən geri çağırılıb və Azərbaycanın Özbəkistandakı yeni səfiri təyin edilib.
Prezident İlham Əliyev Kraudfandinq haqqında qanunu təsdiqləyib. Yeni qanun startapların və KOB subyektlərinin alternativ maliyyələşmə imkanlarını genişləndirməyi, eyni zamanda investorların hüquqlarının qorunmasını nəzərdə tutur.
Reuters-in məlumatına görə, İran husilərə dəstək məqsədilə Yəmənə SEPAH komandirləri, hərbi məsləhətçilər və hərbi texnika göndərib. Təyyarənin marşrutu Səna hava limanına hücum səbəbindən dəyişdirilərək Hudeydaya yönəldilib.
AAYDA-nın tabeliyində fəaliyyət göstərən "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" MMC-nin ləğv edildiyi elan olunub. Kreditorlara tələblərini təqdim etmək üçün iki ay vaxt verilib.