Təyyarədə qalmaqal: Sərnişin 9 min metr yüksəklikdə qəza çıxışını açmağa çalışdı
Xeberhub.com xəbər verir ki, Malayziyadan Hindistana uçan təyyarədə 36 yaşlı Cəmşir Atanikal uçuş zamanı qəza çıxışının qapağını açmağa cəhd edib.
Oxu.Az “The Sun” nəşrinə istinadən bildirir ki, hadisə təyyarə təxminən 9 000 metr yüksəklikdə olarkən baş verib. Hadisənin görüntülərində ekipaj üzvlərinin qorxu içində olan sərnişinlərin gözü qarşısında kişini zərərsizləşdirməyə çalışdığı görünür.
Məlumata görə, Atanikal qəza çıxışını açmağa cəhd edərkən ətrafındakı sərnişinləri də hədələyib. Bunun ardından ekipaj üzvləri və digər sərnişinlər müdaxilə edərək onu zərərsizləşdirib, əllərini plastik bağlarla bağlayıblar.
Hadisədən sonra Cəmşir Atanikalın həbs edildiyi bildirilib.
Qeyd olunur ki, sərnişin yeni doğulmuş övladını görmək üçün evinə gedirmiş.