SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Tarixi hadisə

Almaniyada quraqlığın təhlükəli əlaməti: “Aclıq daşları” üzə çıxdı

👤 📅 👁 12 baxış ⏱ 2 dəq oxuma
Almaniyada quraqlığın təhlükəli əlaməti: “Aclıq daşları” üzə çıxdı

Almaniyada quraqlıq: Elba çayında “aclıq daşları” yenidən üzə çıxdı

Xeberhub.com xəbər verir ki, Almaniyanın Saksoniya federal torpağında bir sıra çaylarda suyun səviyyəsinin kritik həddə enməsi nəticəsində Elba çayında quraqlıq dövrlərindən qalan “aclıq daşları” yenidən üzə çıxıb.

Oxu.Az “Die Zeit” nəşrinə istinadən bildirir ki, “aclıq daşları” əvvəlki əsrlərdə güclü quraqlıq zamanı çaylarda suyun səviyyəsi kəskin azaldıqda üzə çıxan və üzərində xüsusi nişanlar olan iri daşlardır. Bu daşların görünməsi tarixən quraqlığın kənd təsərrüfatına və məhsuldarlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq kimi qəbul edilib.

Məlumata görə, 2026-cı ilin avqustunda Elba çayında belə daşlardan bir neçəsi görünməyə başlayıb. Daşlardan birinin üzərində son üç əsrdən artıq müddətdə baş vermiş quraqlıqlara aid 20-dən çox tarix qeyd olunub. Daş üzərində göstərilən son tarix 2018-ci ildir.

Almaniyanın Federal Su Yolları və Gəmiçilik İdarəsinin məlumatına əsasən, Düsseldorf ərazisində Reyn çayında suyun səviyyəsi 14 santimetrədək enərək rekord həddə çatıb. Ölkənin digər çaylarında da suyun dayazlaşması müşahidə edilir.

Qeyd olunur ki, “aclıq daşları” sonuncu dəfə 2022-ci ildə Avropada müşahidə olunan güclü quraqlıq zamanı üzə çıxmışdı. Avqustun əvvəlində Avropanın bir sıra ölkələrində anomal istilərin qeydə alınması enerji və nəqliyyat sistemlərinə də təsir göstərib.

Bundan əlavə, Dunay çayının Budapeşt ərazisində suyun səviyyəsinin 2018-ci ildə qeydə alınmış əvvəlki rekord göstəricidən 10 santimetr aşağı düşdüyü bildirilir.

A