SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Texnologiya

ABŞ 2 mindən çox qeymeri aviadispetçer kimi işə götürdü

👤 📅 👁 7 baxış ⏱ 3 dəq oxuma
ABŞ 2 mindən çox qeymeri aviadispetçer kimi işə götürdü

ABŞ 2 mindən çox qeymeri aviadispetçer vəzifəsinə cəlb edib

ABŞ-nin Mülki Aviasiya üzrə Federal İdarəsi (FAA) 2026-cı ilin aprelindən həyata keçirilən xüsusi kampaniya çərçivəsində 2 mindən çox qeymeri aviadispetçer vəzifəsinə işə qəbul edib.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın “The Hill” nəşrinə istinadən yaydığı məlumata görə, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi açıqlama verib.

Nazirin sözlərinə görə, oyun platformalarında yayımlanan hədəfli reklamlar və işə qəbul prosesinin sadələşdirilməsi nəticəsində FAA illik işə qəbul planının 94 faizini yerinə yetirib. Bu göstərici qurumun tarixində ən sürətli nəticələrdən biri hesab olunur.

Məlumata görə, aprelin 10-dan 17-dək “YouTube”, “Fortnite”, “Call of Duty” və digər məşhur oyun platformalarında yayımlanan reklam kampaniyasının ilk 24 saatında FAA-ya 12 min müraciət daxil olub.

Namizədlər üçün əsas tələblər arasında ABŞ vətəndaşlığı, 31 yaşdan yuxarı olmamaq və ingilis dilini yüksək səviyyədə bilmək yer alır. Bu vəzifə üçün ali təhsil məcburi tələb kimi qoyulmayıb.

Seçim mərhələlərinə test imtahanı, tibbi müayinə və təhlükəsizlik yoxlaması daxildir. Tələblərə cavab verən namizədlər əvvəlcə akademiyada 4-6 aylıq hazırlıq keçir, daha sonra isə iş yerində 1-3 il müddətində təcrübə proqramında iştirak edirlər.

Üç illik fəaliyyət müddətindən sonra aviadispetçerlərin illik əməkhaqqının 155 min dollardan çox ola biləcəyi bildirilir. Uzaq ərazilərdə çalışan əməkdaşlar üçün əlavə ödənişlərin də nəzərdə tutulduğu qeyd olunur.

FAA rəsmiləri bildiriblər ki, kampaniyanın əsas məqsədi sadəcə qeymerləri işə götürmək deyil. Əsas hədəf aktiv oyunçularda daha çox rast gəlinən eyni vaxtda bir neçə prosesi idarə etmək, məkan təfəkkürü və sürətli qərar qəbul etmək kimi bacarıqlara malik namizədləri müəyyənləşdirməkdir.

A

Oxşar Xəbərlər