SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Digər

Azərbaycandan Rusiyaya keçmək istəyən iki Əlcəzair vətəndaşı saxlanıldı

👤 📅 👁 3 baxış ⏱ 1 dəq oxuma
Azərbaycandan Rusiyaya keçmək istəyən iki Əlcəzair vətəndaşı saxlanıldı

Azərbaycanın dövlət sərhədini pozmağa çalışan iki Əlcəzair vətəndaşı saxlanılıb

Azərbaycanın dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhd göstərən iki Əlcəzair vətəndaşı saxlanılıb.

Xeberhub.com xəbər verir ki, Axar.az-ın Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, hadisə Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

Bildirilib ki, sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan ərazisindən Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edən iki Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı saxlanılıb.

Saxlanılan şəxslərin 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari olduğu müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

A

Oxşar Xəbərlər