Abşeron çimərliklərində dəniz suyunun temperaturu açıqlanıb
Abşeron yarımadasının çimərliklərində gözlənilən hava şəraiti və dəniz suyunun temperaturu ilə bağlı məlumat açıqlanıb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, çimərliklərdə arabir mülayim şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Məlumata əsasən, şimal çimərliklərində, o cümlədən Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıx ərazilərində isə suyun temperaturunun 26-28 dərəcə isti təşkil edəcəyi gözlənilir.