Bakının Xətai rayonunda, “Ağ şəhər” ərazisində 8 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Xeberhub.com xəbər verir ki, hadisə gecə saatlarında “Old Baku” restoranının qarşısında qeydə alınıb.
Qəza zamanı 8 avtomobil bir-birinə çırpılıb. Nəticədə “Porsche”, BMW, BYD və “Range Rover” markalı avtomobillər zədələnib.
Hadisə zamanı xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.