SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Qəza

Sumqayıtda zavodda faciə: 18 yaşlı işçi öldü

👤 📅 👁 7 baxış ⏱ 1 dəq oxuma
Sumqayıtda zavodda faciə: 18 yaşlı işçi öldü

Sumqayıtda zavodda bədbəxt hadisə: 18 yaşlı gənc öldü

Xeberhub.com xəbər verir ki, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində zavodda bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 9-da saat 16 radələrində qeydə alınıb.

Məlumata əsasən, Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Elnur Vidadi oğlu İsmayılzadə usta köməkçisi kimi çalışdığı zavodda dam örtüyünün dəyişdirilməsi işləri zamanı yıxılaraq ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

A

Oxşar Xəbərlər