SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Yanğın

Bakıya gələn yük qatarının vaqonunda tüstülənmə baş verdi

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Bakıya gələn yük qatarının vaqonunda tüstülənmə baş verdi

Gürcüstandan Bakıya gələn yük qatarında tüstülənmə baş verib

Gürcüstandan Bakıya hərəkət edən yük qatarının bir vaqonunda tüstülənmə qeydə alınıb.

Xeberhub.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında “Şəmkir” stansiyasının ərazisində baş verib. Gürcüstandan Bakıya gələn yük qatarının vaqonlarından birində tüstülənmə müşahidə edildikdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Tüstülənmə qısa müddət ərzində aradan qaldırılıb, qatarın digər vaqonları isə mühafizə olunub.

Araşdırma zamanı hadisənin 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda daşınan kükürd tozunda tüstülənmə nəticəsində baş verdiyi müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

A

Oxşar Xəbərlər