SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Digər

El-Kapitanda rekord qıran alpinist 30 yaşında faciəli şəkildə öldü

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
El-Kapitanda rekord qıran alpinist 30 yaşında faciəli şəkildə öldü

El-Kapitan zirvəsində rekord qıran məşhur alpinist 30 yaşında öldü

Xeberhub.com xəbər verir ki, Kaliforniyadakı məşhur El-Kapitan zirvəsinə rekord sürətlə dırmaşması ilə tanınan amerikalı idmançı Ceyk Uayzenant 30 yaşında həyatını itirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “California Post” hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Tulare dairəsinin şerif ofisindən bildirilib ki, idmançı avqustun 3-də Syerra-Nevada dağlarında baş verən bədbəxt hadisə nəticəsində ölüb. Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Ceyk Uayzenantın yaxınları da onun faciəli şəkildə vəfat etdiyini təsdiqləyiblər.

El-Kapitan zirvəsi ABŞ-də qayayadırmanma idmanının ən tanınmış məkanlarından biri hesab olunur.

Qeyd edək ki, Uayzenant 2024-cü ilin oktyabrında tərəfdaşı ilə birlikdə El-Kapitandakı “Lurking Fear” marşrutunu 2 saat 55 dəqiqə 32 saniyəyə başa vuraraq həmin tras üzrə sürət rekorduna imza atmışdı.

A

Oxşar Xəbərlər