SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

SEPAH-dan raket açıqlaması: “Uçuş zamanı istiqamətini dəyişə bilir”

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
SEPAH-dan raket açıqlaması: “Uçuş zamanı istiqamətini dəyişə bilir”

SEPAH: İranın yeni raketləri uçuş zamanı trayektoriyasını dəyişə bilir

Xeberhub.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin istifadəsində olan bəzi ballistik raketlərin uçuş zamanı trayektoriyasını dəyişmək imkanına malik olduğu açıqlanıb.

Oxu.Az TASS-a istinadən bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi məlumat verib.

Onun sözlərinə görə, İranın raket imkanları əvvəlki dövrlərdə olduğu kimi yalnız əvvəlcədən müəyyən edilmiş nöqtəyə zərbə endirməklə məhdudlaşmır. Mohebi bəzi raketlərin uçuş zamanı manevr edərək istiqamətini dəyişə bildiyini və bunun düşmənin hava hücumundan müdafiə sistemlərinin dəf edilməsinə imkan verdiyini iddia edib.

SEPAH rəsmisi bildirib ki, raket üçün əvvəlcədən hədəf müəyyənləşdirilsə belə, uçuşun gedişində istiqaməti dəyişdirmək və yeni hədəf təyin etmək mümkündür.

Mohebinin sözlərinə görə, müasir müharibələr getdikcə texnologiyalar üzərində rəqabətə çevrilir. O, tərəflər arasında elm və süni intellekt sahəsində mübarizənin gücləndiyini və daha qabaqcıl texnologiyalara malik tərəfin üstünlük əldə etdiyini vurğulayıb.

A

Oxşar Xəbərlər