SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İdman

Əliyar Ağayev UEFA-dan növbəti təyinat aldı

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Əliyar Ağayev UEFA-dan növbəti təyinat aldı

Əliyar Ağayevə UEFA-dan növbəti təyinat

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasında növbəti oyuna baş hakim təyin olunub.

Xeberhub.com xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yayıb.

Bildirilib ki, azərbaycanlı hakim turnirin pley-off mərhələsinin cavab qarşılaşmasında Polşanın “Rakuv” və Xorvatiyanın “Hayduk” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Əliyar Ağayevə həmyerliləri Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Kamal Umudlu dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR otağında İngiltərə təmsilçisi Piter Benks, AVAR-da isə İnqilab Məmmədov çalışacaq.

Qeyd edək ki, “Rakuv” – “Hayduk” matçı avqustun 27-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

A

Oxşar Xəbərlər