SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Ekspert: Azərbaycan və Ermənistan enerji əməkdaşlığını genişləndirə bilər

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Ekspert: Azərbaycan və Ermənistan enerji əməkdaşlığını genişləndirə bilər

Ekspert: Azərbaycan və Ermənistan arasında enerji əməkdaşlığı etimadı gücləndirə bilər

Azərbaycan və Ermənistan arasında enerji sahəsində əməkdaşlığın iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərə biləcəyi bildirilib.

Xeberhub.com xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Gürcüstan Erməni İctimai Platformasının sədri Giorgi Tumasyan bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana elektrik enerjisinin tədarükü və elektrik enerjisinin Ermənistan ərazisindən tranziti ilə bağlı təkliflərini müsbət qiymətləndirib.

Ekspertin sözlərinə görə, enerji sahəsində əməkdaşlıq Azərbaycan və Ermənistan arasında etimadın artırılması ilə yanaşı, iqtisadi münasibətlərin də inkişafına şərait yarada bilər.

“Enerji sahəsində əməkdaşlıq təkcə ölkələr arasında etimadı gücləndirməyə deyil, həm də iqtisadi əməkdaşlığın inkişafına imkan yarada bilər. Müasir dünyada iqtisadi əməkdaşlıq mehriban qonşuluq münasibətlərinin formalaşması üçün əsas amillərdən biridir”, - deyə Tumasyan qeyd edib.

Onun fikrincə, regionda mövcud böhran və risklər nəzərə alındıqda Azərbaycan-Ermənistan enerji əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Tumasyan bildirib ki, tərəflər arasında neft məhsullarının tədarükü sahəsində artıq müsbət təcrübə formalaşıb. Bu təcrübənin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə və tranzit imkanlarının inkişafına töhfə verə biləcəyi vurğulanıb.

Ekspert hesab edir ki, belə əməkdaşlıq nəticə etibarilə TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan tranzit proseslərinin də sürətlənməsinə şərait yarada bilər.

A

Oxşar Xəbərlər