SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Ərdoğan: Ankara-Vyana əməkdaşlığı Orta Dəhlizi gücləndirə bilər

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
Ərdoğan: Ankara-Vyana əməkdaşlığı Orta Dəhlizi gücləndirə bilər

Ərdoğan: Ankara və Vyananın strateji əməkdaşlığı Orta Dəhlizin inkişafına töhfə verə bilər

Türkiyə və Avstriya arasında strateji əməkdaşlığın genişləndirilməsi Orta Dəhlizin inkişafı baxımından yeni imkanlar yarada bilər.

Xeberhub.com xəbər verir ki, Axar.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avstriyanın federal kansleri Kristian Ştokerlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ərdoğan iki ölkə arasında dialoqun Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərin daha da inkişafına müsbət təsir göstərə biləcəyini qeyd edib.

Türkiyə Prezidenti Avropa İttifaqının Gömrük İttifaqının yenilənməsi və Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi istiqamətində atacağı addımların qarşılıqlı maraqlara xidmət edə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, Ankara ilə Vyana arasında strateji əməkdaşlığın gücləndirilməsi regional nəqliyyat və ticarət əlaqələrinin inkişafına da töhfə verə bilər.

A

Oxşar Xəbərlər