SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Hikmət Hacıyev: “İlham Əliyev həm müharibəni, həm də sülhü qazandı”

👤 📅 👁 21 baxış ⏱ 2 dəq oxuma
Hikmət Hacıyev: “İlham Əliyev həm müharibəni, həm də sülhü qazandı”

Hikmət Hacıyev: “İlham Əliyev nəinki müharibəni, eyni zamanda sülhü də qazandı!”

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən üçtərəfli görüşün birinci ildönümü ilə bağlı paylaşım edib.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Hikmət Hacıyev bununla bağlı görüntüləri “X” hesabında yayımlayıb.

O, paylaşımında Prezident İlham Əliyevin həm müharibədə, həm də sülh prosesində əldə etdiyi nəticələri vurğulayıb.

“Prezident İlham Əliyev nəinki müharibəni, eyni zamanda sülhü də qazandı! Vaşinqton sülh sammitinin keçirilməsindən artıq bir il ötür”, - deyə Hikmət Hacıyev qeyd edib.

Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib.

A

Oxşar Xəbərlər