SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Dünya

Kolumbiyada mədəndə partlayış: 6 nəfər öldü

👤 📅 👁 12 baxış ⏱ 2 dəq oxuma
Kolumbiyada mədəndə partlayış: 6 nəfər öldü

Kolumbiyada mədəndə partlayış: 6 nəfər ölüb, 1 nəfər xilas edilib

Kolumbiyanın Kundinamarka əyalətində yerləşən mədəndə baş verən partlayış nəticəsində altı mədənçi həyatını itirib, daha bir nəfər isə xilas edilib.

Xeberhub.com xəbər verir ki, bu barədə Oxu.Az “Blu Radio”ya Kundinamarka qubernatoru Xorxe Emilio Reyin məlumatına istinadən xəbər yayıb.

Hadisə əyalətin Kukunuba bölgəsində, La-Ramada ərazisində yerləşən şaxtada baş verib. Məlumata görə, qəza zamanı mədəndə köməksiz vəziyyətdə qalan altı işçinin cəsədi aşkarlanıb.

Bildirilir ki, sözügedən mədən təhlükəsizlik qaydalarının pozulması ilə bağlı aparılan yoxlamadan sonra fəaliyyətini dayandırmışdı.

Buna baxmayaraq, qazıntı işlərinin davam etdirildiyi və partlayışın məhz fəaliyyəti dayandırılmış şaxtada baş verdiyi qeyd olunur.

Hazırda mütəxəssislər qəzanın dəqiq səbəblərini araşdırır. İstintaq çərçivəsində rəsmi qadağaya baxmayaraq mədəndə işlərin niyə davam etdirildiyi də müəyyənləşdiriləcək.

A

Oxşar Xəbərlər