SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Digər

Lisenziyasız kosmetoloji fəaliyyətlə bağlı Baş Prokurorluğa müraciət edildi

👤 📅 👁 11 baxış ⏱ 3 dəq oxuma
Lisenziyasız kosmetoloji fəaliyyətlə bağlı Baş Prokurorluğa müraciət edildi

Lisenziyasız kosmetoloji fəaliyyətlə bağlı araşdırma: Baş Prokurorluğa müraciət edildi

Xeberhub.com xəbər verir ki, kosmetoloji fəaliyyət göstərən fərdi sahibkar Elnarə Fəxrəddin qızı Canlının fəaliyyəti ilə bağlı vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında bir neçə dəfə araşdırma və plandankənar yoxlama aparılıb.

Oxu.Az Analitik Ekspertiza Mərkəzinə (AEM) istinadən bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 2 ünvanında fəaliyyət göstərən sahibkarın lisenziya tələb olunan özəl tibb fəaliyyəti ilə müvafiq icazə olmadan məşğul olması barədə müraciət əsasında 8 may 2025-ci ildə plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı Elnarə Canlının lisenziya olmadan kosmetoloji fəaliyyət göstərdiyi müəyyən edilib. Aşkar olunan pozuntu ilə əlaqədar onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.

Bundan sonra vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında sahibkarın fəaliyyəti ilə bağlı daha iki plandankənar yoxlama keçirilib. AEM-in məlumatına görə, həmin yoxlamalarda da inzibati məsuliyyət yaradan pozuntular müəyyənləşdirilib.

Bu hallarla bağlı 22 dekabr 2025-ci il və 20 fevral 2026-cı il tarixlərində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə daha iki protokol hazırlanaraq növbəti icraata göndərilib.

AEM qeyd edib ki, sonuncu yoxlama zamanı sahibkarın fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8 olub.

Aparılan yoxlamalara və tətbiq edilən inzibati tədbirlərə baxmayaraq, sahibkarın lisenziya almadan kosmetoloji fəaliyyətini davam etdirdiyi müəyyən olunub.

Bununla əlaqədar Səhiyyə Nazirliyi 13 mart 2026-cı ildə sahibkarın fəaliyyətinin dayandırılması istiqamətində hüquqi tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Nazirlik Baş Prokurorluqdan lisenziyasız özəl tibbi fəaliyyət, o cümlədən kosmetoloji fəaliyyət göstərilməsi faktına hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edib.

AEM bildirib ki, Səhiyyə Nazirliyi və Analitik Ekspertiza Mərkəzi öz səlahiyyətləri çərçivəsində məsələ ilə bağlı zəruri tədbirləri həyata keçirib və hüquq-mühafizə orqanına da müraciət olunub.

A

Oxşar Xəbərlər