Neymar “İnter Mayami”yə keçə bilər – Messi və Suareslə yenidən bir araya gələcək
Xeberhub.com xəbər verir ki, braziliyalı ulduz futbolçu Neymar 2027-ci ildə ABŞ-nin “İnter Mayami” klubuna keçə bilər.
Oxu.Az “Gols do Brasileirao”ya istinadən bildirir ki, bu barədə Braziliya millisinin sabiq futbolçusu Felipe Melo məlumat verib.
Melonun sözlərinə görə, o, Neymarın yaxın çevrəsi ilə əlaqə saxlayıb. Ona bildirilib ki, Neymar yanvar ayında Braziliyanın “Santos” klubundan ayrılaraq “İnter Mayami”yə keçə bilər.
Bu transfer reallaşacağı təqdirdə Neymar İspaniyanın “Barselona” klubunda birgə çıxış etdiyi Lionel Messi və Luis Suareslə yenidən komanda yoldaşı olacaq.
Neymar, Messi və Suares 2014-2017-ci illərdə “Barselona”nın heyətində birlikdə çıxış ediblər. Həmin müddətdə üç futbolçu ümumilikdə 363 qola imza atıb.