Pavloqradda ticarət mərkəzinə hücum: 9 nəfər yaralanıb
Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində yerləşən ticarət mərkəzinə hücum edib.
Hücum nəticəsində ilkin məlumata əsasən, azı 9 nəfər yaralanıb.
Hadisə nəticəsində ticarət mərkəzində və ətraf ərazidə dağıntılar meydana gəlib.
Hücumun nəticələrini əks etdirən görüntülər təqdim olunub.