SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

ABŞ-nin “Patriot” raket ehtiyatı azalır: Pentaqonda 1,7 mindən az raket qalıb

👤 📅 👁 12 baxış ⏱ 2 dəq oxuma
ABŞ-nin “Patriot” raket ehtiyatı azalır: Pentaqonda 1,7 mindən az raket qalıb

ABŞ-nin “Patriot” raket ehtiyatları azalır: Pentaqonun əlində 1,7 mindən az raket qalıb

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın “The New York Times”a istinadən yaydığı məlumata görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları nəticəsində Pentaqonun sərəncamında “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 1,7 mindən az raket qalıb.

Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın administrasiyası hərbi podratçılardan “Patriot” raketlərinin istehsalını sürətləndirməyi tələb edib. Lakin İranla qarşıdurma zamanı istifadə olunan 1,5 mindən çox raketin yenidən istehsalının iki ildən artıq vaxt apara biləcəyi bildirilir.

“The New York Times” yazır ki, silah ehtiyatlarının azalması Pentaqonu Asiya və Avropadan Yaxın Şərqə əlavə hərbi gəmilər, aviasiya qüvvələri və hava hücumundan müdafiə bölmələri göndərməyə vadar edir.

Bu vəziyyətin həmin regionlarda ABŞ-nin hərbi imkanlarını zəiflədə, hərbçilərin mənəvi vəziyyətinə və hərbi texnikaya texniki xidmət prosesinə mənfi təsir göstərə biləcəyi qeyd olunur.

ABŞ rəsmiləri həmçinin narahatdırlar ki, yaranmış vəziyyət Yaponiya və Cənubi Koreyanın zərurət yaranacağı halda Vaşinqtonun onları müdafiə etmək imkanlarına dair şübhələrinə səbəb ola bilər.

Qeyd edək ki, avqustun 5-də “The Washington Post” mənbələrə istinadən ABŞ Prezidenti Donald Trampın iyulun 31-də Pentaqon rəhbəri Pit Heqsetdən İranla qarşıdurma zamanı silah çatışmazlığı ilə bağlı hərbi qurum tərəfindən niyə yanlış məlumatlandırıldığını izah etməsini tələb etdiyini yazıb. Daha sonra Tramp bu məlumatı təkzib edib.

A

Oxşar Xəbərlər