SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İdman

Ronaldu Messiyə başsağlığı verdi: “Sənə güc arzulayıram”

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Ronaldu Messiyə başsağlığı verdi: “Sənə güc arzulayıram”

Ronaldu Messiyə atasının vəfatı ilə bağlı dəstək olub

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu Lionel Messinin atası Xorxe Messinin vəfatından sonra argentinalı ulduza başsağlığı verib.

Xeberhub.com xəbər verir ki, Ronaldu Messinin sosial şəbəkədə atasının vəfatı ilə bağlı paylaşımının altına dəstək mesajı yazıb.

“Bu ağır günlərdə səni və yaxınlarını qucaqlayıram, Leo. Sənə güc arzulayıram”, - deyə portuqaliyalı futbolçu qeyd edib.

Xatırladaq ki, Lionel Messinin atası Xorxe Messi uzun sürən xəstəlikdən sonra 68 yaşında dünyasını dəyişib. Messi daha sonra sosial şəbəkədə atasına həsr etdiyi duyğusal paylaşım yayımlayıb.

Ronaldu ilə Messi uzun illər futbol dünyasının ən böyük rəqabətlərindən birinin əsas iştirakçıları olublar. Buna baxmayaraq, hər iki futbolçu müxtəlif vaxtlarda bir-birinə hörmət və dəstək mesajları ilə diqqət çəkib.

A

Oxşar Xəbərlər