SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İdman

“Sabah” 9 milyon avroya yaxın gəliri təmin etdi

👤 📅 👁 5 baxış ⏱ 3 dəq oxuma
“Sabah” 9 milyon avroya yaxın gəliri təmin etdi

“Sabah” Avropada 9 milyon avroya yaxın gəliri təmin edib

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Sabah” futbol klubu avrokuboklarda artıq 9 milyon avroya yaxın gəlir əldə etməyi təmin edib.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın Haqqin.az-a istinadən yaydığı məlumata görə, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin “Hapoel” klubuna məğlub olsa və UEFA Avropa Liqasının əsas mərhələsində heç bir xal qazanmasa belə, ümumilikdə ən azı 8,97 milyon avro əldə edəcək.

Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni dayandıran komandaların hər birinə 4,29 milyon avro ödənilir. Bu klublar Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazandıqları üçün əlavə olaraq 4,31 milyon avro əldə edirlər.

Avropa Liqasının əsas mərhələsində 8 oyunun hamısında məğlub olaraq 36-cı, yəni sonuncu yeri tutan komanda üçün isə 75 min avro nəzərdə tutulur.

Bununla yanaşı, klublara reytinq əmsalı, həmçinin Avropada və Avropadan kənarda yayım bazarı ilə bağlı ödənişlər də həyata keçirilir. “Sabah”ın bu istiqamətlər üzrə ən azı 307 min avro qazanacağı gözlənilir.

Beləliklə, Bakı təmsilçisinin indidən təmin etdiyi minimum gəlir 8,97 milyon avro təşkil edir.

“Sabah” Çempionlar Liqasının əsas mərhələsinə çıxsa

“Sabah” pley-off mərhələsində “Hapoel”i də məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazansa, klubun gəliri əhəmiyyətli dərəcədə artacaq.

Bu halda Azərbaycan çempionunun minimum qazancı 20,17 milyon avro olacaq. Komanda Çempionlar Liqasının əsas mərhələsində iştirak hüququ qazandığı üçün 18,62 milyon avro əldə edəcək.

Əsas mərhələdə bütün oyunlarda məğlub olaraq sonuncu yeri tutacağı təqdirdə “Sabah” əlavə 275 min avro, reytinq və yayım bazarı ödənişlərindən isə ən azı 1,28 milyon avro qazana bilər.

Beləliklə, “Orhus” üzərində qələbə “Sabah”a minimum gəlir baxımından 5 milyon avro əlavə qazanc təmin edib.

Qeyd edək ki, ötən mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən “Qarabağ” ümumilikdə 36 milyon avro gəlir əldə etmişdi.

A

Oxşar Xəbərlər