Messi atasının dəfn mərasimində şəxsi həyatının pozulmasına görə mediaya qarşı hüquqi addım atacaq
Xeberhub.com xəbər verir ki, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ölkə mediasının atasının dəfn mərasimi zamanı ailəsinin şəxsi həyatına müdaxilə etdiyini düşünür və bununla bağlı hüquqi tədbirlər görməyə hazırlaşır.
Oxu.Az-ın məlumatına görə, bu barədə argentinalı jurnalist Fran Kasaretto “X” hesabında paylaşım edib.
Jurnalistin sözlərinə görə, Messi Xorxe Messi ilə vida mərasimi zamanı ailəsinin şəxsi həyat toxunulmazlığını pozduğunu hesab etdiyi Argentina media qurumlarına qarşı hüquqi addımlar atacağını təsdiqləyib.
Qeyd edək ki, Lionel Messinin atası Xorxe Messi ilə vida mərasimi avqustun 9-da keçirilib. Mərasim yüksək təhlükəsizlik tədbirləri şəraitində təşkil olunub və əraziyə çox sayda mühafizəçi cəlb edilib.
Məlumata görə, vida mərasimində yalnız ailə üzvləri iştirak edib.