Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xeberhub.com xəbər verir ki, hadisə avqustun 13-də şəhərin M.C. Paşayev küçəsində qeydə alınıb.
Məlumata görə, şəhər sakini Şahin Şöhrət oğlu Rəhimov idarə etdiyi “Changan A05” markalı avtomobillə hərəkətdə olarkən piyada Anar Səyavuş oğlu Sadıqovu vurub.
Zərbənin təsirindən piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.